Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 10:36:00
Altıncı siniflər üçün “Coğrafiya” dərsliyi çapdan çıxıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, şöbə müdiri dosent Zaur İmrani və başqalarının həmmüəllifliyi ilə ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, 10 hissədən ibarət olan dərslik coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.