Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-20 17:02:00
Azərbaycan Maarifçilər Assosiasiyasının  “Maarifçi Təlim və Konsultasiya Mərkəzi” fəaliyyətə başladı

Əbül Fərəc demişdir ki, “daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli

daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz”.

2017-ci ildən fəaliyyət göstərən və 5000-dən çox müdavimə əyani və məsafədən təlim verən "Layihə İdarəçilik Akademiyası" fəaliyyətini bundan sonra "Maarifçi Təlim və Konsultasiya Mərkəzi" olaraq davam etdirəcək. Mərkəz 5 il ərzində 43 layihə yazılışı təlim qrupu, 5 Təhsil Təlimçillik Məktəbi təlimi və 100-lərlə Vətəndə və xaricdə yaşayan şəxsiyyətlərlə seminar, vebinarlar təşkil edib. Mərkəz yaxın günlərdə ölkənin ən peşəkar, ən bacarıqlı, ən yaxşı maarifləndirən mütəxəssislərinin təlim və konsultasiyalarına başlayacaq.

 

“Maarifçi Təlim və Konsultasiya Mərkəzi” 5 il ərzində maarifçilərin dəstəyi ilə böyüyərək hər zamankı keyfiyyət və yeni ad ilə Azərbaycan maarifçilərinə xidmət etməyə davam edəcək. Mərkəz “Sevgi ilə maarifləndiririk” devizinə sadiq qalaraq daha çox maarifçiyə daha keyfiyyətli xidmət etməyi qarşısına məqsəd qoyur.

 

Maarifçi Təlim və Konsultasiya Mərkəzini aşağıdakı sosial media hesablarından izləyə bilərsiniz:

Facebook: www.facebook.com/MaarifciTKM/

İnstagram: www.instagram.com/MaarifciTKM/

Telegram: https://t.me/maarifciTKM

Əlaqə nömrəsi: +99477 544 60 80

Email: [email protected]