Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 16:51:00
ADNSU-da 20 Yanvara həsr olunan kitab sərgisi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 20 Yanvar faciəsinə həsr olunan kitab sərgisi açılıb.

 

Bu barədə  AzEdu.az-a  ADNSU-dan məlumat verilib.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyası ordusu Azərbaycanda qanlı hadisələr törədərək, günahsız insanları qəddarcasına qətlə yetirib. Lakin həmin hadisələr xalqımızı öz azadlıq, müstəqillik arzusundan döndərə bilmədi. Xalqımız Vətənin azadlığı naminə qəhrəmanlıq göstərmək əzmini dünyaya nümayiş etdirdi. 20 Yanvar xalqımızın qan yaddaşından heç zaman silinməyəcək.

 

Sərgidə 20 Yanvardan bəhs edən 50-dən çox kitab, jurnal, həmçinin qəzet və fotoşəkillər yer alıb.