Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 17:03:00
Musiqi məktəbinin direktorunun evindən oğurluq edən şəxs hakim qarşısında
Heydər Əliyev adına Ümumtəhsil Kompleksindəki musiqi məktəbinin direktoru Armanusa Fərzi qızı Babayeva-Tağıyevanın evindən oğurluq edən şəxsin məhkəməsi başlayır.

AzEdu.az-ın məlumatına görə, cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Babayev Şamo Bəykişi oğlunun məhkəmə prosesinə Nəsimi Rayon Məhkəməsinin  hakimi Şəlalə Həsənova sədrlik edir. 

İttiham aktına görə, bu ilin aprel ayında Şamo Babayev Armanusa Fərzi qızı Babayevanın evindən oğurluq edib. Belə ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 24-də törədilən oğurluğun üstü açılıb. Rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Şamo Babayev saxlanılıb.

 

Qeyd edək ki, 80 yaşlı Armanusa Fərzi qızı Babayeva-Tağıyeva tanınmış nəslin qızıdır. Belə ki, atası Fərzi Babayev çekist, qardaşı Rafiq Babayev isə tanınmış bəstəkardır.