Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 14:12:00
MDU rektoru professor Ədalət Muradovu yeni dərc olunan kitab münasibətilə təbrik edib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov UNEC rektoru Ədalət Muradovu yeni dərc olunan kitabı münasibətilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:


“Professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifliyi ilə dərc edilmiş və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş AZƏRBAYCAN İQTİSADİYYATI kitabı ilə tanış oldum.
Böyük zəhmət, ciddi araşdırmalar, sistemli təhlillər və kompleks yanaşma nəticəsində ərsəyə gələn kitab zəngin məzmunu və unikal formatı ilə seçilir.

Fikrimcə, Azərbaycan iqtisadiyyatının faktiki olaraq bütün istiqamətlərini əhatə edən mövzular üzrə böyük peşəkarlıqla təqdim edilən analitik və faktoloji məlumatlar kitabın iqtisadi ədəbiyyatımız üçün sanballı töhfə olması arqumentini əminliklə söyləməyə əsas verir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadiyyatımızın hərtərəfli inkişafı sahəsində görülmüş işlərin real nəticələrini əks etdirən kitab oxucuya dahi şəxsiyyətin uzaqgörən və düşünülmüş strategiyasının yaratdığı dinamikanı və davamlı yüksəlişi çatdırır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni dövrün reallıqlarına uyğun çox böyük məharətlə reallaşdırdığı sürətli və dayanıqlı iqtisadi inkişaf siyasətinin strateji uğurları kitabda statistik rəqəmlərin və konkret mənzərinin təsviri ilə təqdim edilir.
Kitab, Azərbaycan iqtisadiyyatının məzmunu və konkret indikatorlar üzrə inkişaf trendləri, milli iqtisadiyyatımızın qlobal iqtisadiyyatdakı mövqeyinin və ölkəmizin qlobal reytinqlərdəki yerinin dinamikası, ölkə iqtisadiyyatının texnoloji və institusional əsasları, bütövlükdə bütün iqtisadi kateqoriyalar üzrə əldə olunan nəticələr barədə zəngin məlumat bazası hesab oluna bilər.

Uğurlu yazı üslubu, nəfis tərtibat, istifadə olunan infoqrafik metodlar, tətbiq edilən müqayisə mexanizmi, çoxsaylı və rəsmi mənbələrə əsaslanan statistik məlumatların təqdim edilməsi formatı kitabın dəyərini və əhəmiyyətini artırır.

Kitabın iqtisadçı alimlər, tədqiqatçılar və müəllimlər, iqtisadiyyat profili üzrə təhsil alan tələbələr və magistrantlar, iqtisadi sektorda çalışan praktik mütəxəssislər, Azərbaycan iqtisadiyyatı ilə maraqlanan bütün oxucular üçün dəyərli mənbə olacağına inanıram.
Ayrıca olaraq, kitabı iqtisadiyyat profili üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrimiz üçün çox faydalı resurs olacağına əminəm.

AZƏRBAYCAN İQTİSADİYYATI kitabının müəlliflərini ürəkdən təbrik edir, təqdim edilən nüsxələrə görə öz adımdan və Mingəçevir Dövlət Universiteti ailəsinin bütün üzvləri adından təşəkkürümü bildirirəm”.