Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 17:32:40
Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb - RƏSMİ

Ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində (ibtidai, ümumi orta və tam orta) tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı  ilə təsdiq edilən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədi ilə müəyyənləşdirilib.

Bu sənədə görə, ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb. Məktəblərimizdə dinlər, ilk növbədə İslam dini, İslam dininin görkəmli tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənni vasitəsilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər humanitar fənlərin tədrisində də uşaqlara mənimsədilir. Bu mənada “Ədəbiyyat” fənninin imkanları daha genişdir. Həmin fənnə aid dərslik və müntəxabatlarda verilmiş bədii nümunələrdə əks olunan məzmun vasitəsilə müəllimlər İslam dininin fəlsəfəsindən qaynaqlanan ideyaları (mərhəmət, şəfqət, humanizm, vətən məhəbbəti, düzgünlük, ədalət, sədaqət və s.) izahlı şəkildə şagirdlərə çatdırırlar.  

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl açıqlaması zamanı deyib ki, hazırda bizim məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir:

“Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur".

Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib