Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-17 16:51:00
Yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.


AzEdu.az xəbər verir ki,müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri iştirak edib.


Müsabiqənin nəticələrinə əsasən, “Mahnı” nominasiyası üzrə 59 nömrəli tam orta məktəbin şagirdi Rafis Məmmədov I,  276 nömrəli  tam orta məktəbin şagirdi Röya Dəmirova II, 204 nömrəli  tam orta məktəbin şagirdi Saday Haqverdiyev III yerə layiq görülüblər.

 

“Şeir” nominasiyası üzrə 154 nömrəli tam orta məktəbin şagirdi Sadiq Nəbili I, 105 nömrəli tam orta məktəbin şagirdi Türkanə Mirişova II, 169 nömrəli tam orta məktəbin şagirdi Firuzə Hüseynzadə isə III yeri tutublar.

 

“Yaradıcı iş” nominasiyası üzrə 227 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədova I, 83 nömrəli məktəb-liseyin şagirdi Nuray Mehtizadə II, 193 nömrəli tam orta məktəbin şagirdi Matksus Arina isə III yerin sahibi olublar.


 Bundan başqa, 270 nömrəli tam orta məktəbin şagirdi Murad Babaşov, 76 nömrəli tam orta məktəbin şagirdi Esmira Gülməmmədova, 274 nömrəli tam orta məktəbin şagirdi Fəqan Xəlilli, 45 nömrəli tam orta məktəbin şagirdi Türkan Nəcəfova və 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Qumru Əkbərova həvəsləndirici yeri tutublar.


Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.


Qeyd edək ki, Bakı şəhəri 13, 83, 151,156, 177, 216, 230, 233, 234, 269, 299 və 311 nömrəli  ümumi təhsil müəssisələrinin şagirdləri müsabiqədə xüsusi fəallıq göstərdiyinə görə “Tərifnamə”, 17, 26, 32, 45, 49, 53, 60, 75, 96, 139, 140,149, 165, 166, 191, 201, 211, 233, 254, 274, 276, 281 və 318 nömrəli təhsil müəssisələrinin şagirdləri isə fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunacaqlar.


Müsabiqənin əsas məqsədi “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.