Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 13:20:00
Ağdaşda idman müəllimi GÜLLƏLƏNDİ

Ağdaş rayonunda idman müəllimi öldürülüb.

AzEdu.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Ağdaş şəhər sakini, idman müəllimi Nizami İsmayılov həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Əlavə məlumat veriləcək.