Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-16 13:00:00
ADNSU QS Beynəlxalq Reytinq Agentliyinin onlayn hazırlıq iclasında iştirak edib

Yanvarın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS Beynəlxalq Reytinq Agentliyinin 2023-cü ilin reytinq dövrünə dair keçirilən onlayn hazırlıq iclasında iştirak edib.

 

AzEdu.az xəbər verir ki, digər yerli ali təhsil müəssisələrinin də iştirak etdiyi onlayn görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq Layihələr sektorunun müdiri Leyla Nağıyeva və əməkdaşlar iştirak edib.

 

QS Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolubov iclası giriş sözü ilə açaraq Azərbaycan universitetlərinin hazırki reytinq vəziyyəti və  gələcək layihələrdən danışıb. Ali təhsil müəssisələrinin QS reytinq cədvəlində yer alması üçün tələb olunan meyarları diqqətə çatdıran  S.Xristolubov  reytinq cədvəllərində yüksək yerlərdə qərarlaşmaq üçün elmi potensialı gücləndirməyin əhəmiyyətindən söz açıb. Görüşdə QS reytinqi üzrə gələcək fəaliyyət planı və layihələr geniş müzakirə olunub. Təkliflər və iradlar dinlənilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.