Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-16 10:30:00
Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum oldu

Bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub.
AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.

Qeyd edilir ki, “Texnofest-2022” “texnologiya müsabiqələri”nə müraciətlər başlayıb. Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər öz layihələrini təqdim edəcəklər.

Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.

Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb. Qeyd edək ki, "Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq” – deyə festivalın tiviterdəki səhifəsində qeyd edilib.

"Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub.