Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-15 18:00:00
İnzibati icraçı vəzifələr üzrə 118 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 13-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 3-ü saat 18:00-dək aparılacaq. İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:40-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 118 (BA - 39, BB - 79) namizəd qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.