Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 11:00:00
11 məktəb və 7 uşaq bağçasında COVID-19-a yoluxma faktı qeydə alınıb

COVID-19-a yoluxma faktı aşkarlandığına görə Riqanın 11 məktəbinin 19 sinfi və 7 uşaq bağçasının səkkiz qrupu distant təhsilə keçib.

Bu barədə Riqa Şəhər Şurasının Təhsil, Mədəniyyət və İdman Departamenti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə səkkiz məktəb, beş uşaq bağçası, yeddi musiqi məktəbi və tədris məşğələləri üzrə müəssisələrdə 16 şagird, altı müəllim və bir texniki işçi xəstələnib.

Qeyd edilib ki, ikihəftəlik yoluxma göstəricisi 100 min nəfər sakin üzrə 951 haldan 1010.1 hala yüksəlib. Sonuncu dəfə bu göstərici ötən ilin noyabrın 16-da hər 100 min sakin üzrə 1000 hal həddini keçmişdi. Ölkədə COVID-19-a yoluxma halları sürətlə artır.

 

AZƏRTAC