Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 10:24:00
Bu sayda namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

12 dövlət orqanında mövcud olan 54 vakant vəzifə üzrə ötən il dekabrın 17-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədə iştirak etmək üçün 131 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:25-ə olan məlumata görə, müsahibədə uğur qazanmış 46 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin yanvarın 17-dək keçirilməsi planlaşdırılır.