Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 11:30:00
I qrupa salınacaq İnformatika fənni heç bir çətinlik yaratmayacaq - Təhlil

“İnformatikanın qəbul imtahanlarına salınması ani olsa da, onun tətbiqi olduqca vacib və lazımlı idi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov deyib.

 

Belə ki, ali məktəblərə keçirilən qəbul imtahanlarında növbəti illərdən İnformatika fənninin salınması nəzərdə tutulur.

 

Elçin Süleymanov bunun abituriyentlərin hazırlıq səviyyəsinə necə təsir edəcəyinə münasibətini bildirib:

 

“İnformatikanın qəbul imtahanlarına salınması yeni addım deyil. Bu fənn dövlət qulluğuna qəbul zamanı da istifadə edilir. DİM-in informatika ilə kifayət qədər təcrübələri var. Həmçinin, ali məktəblərdə də informatika fənnindən imtahanlar keçirilir. Universitetlərdə informatika laboratoriyaları var, tələbələr bu imkanlardan yararlana bilirlər. Bu fənnin ali məktəblərin qəbul imtahanlarına salınmasının effektiv addım olacağını düşünürəm. İnformatika hazırda cəmiyyətin aparıcı qüvvələrindən biridir. Uşaqlar kiçik yaşlarından informasiya texnologiyaları, kompüterlər, smartfonlarla tanış olduqları üçün bu onlarda problem yaratmayacaq. Onlar hələ kiçik yaşlardan bu sistemin içərisində olurlar. Məktəblərin bir çoxunda İnformatika fənni tədris olunur və onun maddi-texniki bazasının təchizatında texnoloji avadanlıqlardan istifadə öz əksini tapır. Düzdü, bu qərar bir az anidən oldu, lakin onun tətbiqi olduqca vacib və lazımlı idi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları