Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 11:10:00
Müəllimlərin işə qəbulunun DİM-ə verilməsi tezliklə reallaşmalıdır-TƏKLİF

“MİQ müsabiqəsində hər il müəyyən problem və nöqsanlar özünü büruzə verir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

 

O, müəllimlərin işə qəbulu imtahanlarının DİM-ə verilməsi təqdirində bunun uğurlu addım olacağını deyib:

 

 

“Müəllimlərin işə qəbulu müsabiqəsinin DİM-ə verilməsi olduqca maraqlı təklifdir. Biz illərdir ki, bu məsələ ilə bağlı müraciət edirik. Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqanıdır, o, imtahan mərkəzi olmamalıdır.

 

Nazirlik milli və beynəlxalq qiymətləndirməni  həyata keçirməsi başadüşülən addımdır. MİQ müsabiqəsində hər il müəyyən problem və nöqsanlar özünü biruzə verir. Əvvəlcədən də Təhsil Nazirliyinin MİQ imtahanlarını keçirməsi doğru deyildi. Ümumorta və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının kombinə olunmuş şəkildə Təhsil Nazirliyi və DİM-in qarşılıqlı müzakirəsi əsasında təşkil edilir, düşünürəm ki, MİQ müsabiqəsini keçirərkən də bu yoldan istifadə etməlidir.

 

Naxçıvanda MİQ müsabiqəsi keçirilərkən Təhsil Nazirliyi və oranın Dövlət İmtahan Mərkəzi birgə şəkildə iş həyata keçirir və burada hansısa narazılıqlar baş vermir. Ona görə də MİQ-in DİM-ə verilməsi təklifini həyata keçirmək lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları