2018-08-09 09:34:07
Almaniyada qədim Roma dövrünə aid kitabxana aşkar edilib
Almaniyada avtomobil saxlama meydançalarından birində aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.
AzEdu.az "The Guardian” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın Köln şəhərinin mərkəzində yerləşən bu kitabxana Roma imperiyasının şimal-qərb əyalətlərinin ən qədim kitabxanası hesab olunur. Qədim tikilinin divarlarında 20 min papirus saxlanması üçün oyuqlar mövcuddur.
Köln şəhərinin əsası eramızın 50-ci ilində romalılar tərəfindən qoyulub. O zaman Roma imperiyasının bu əyaləti "Germania” adlanırdı. Arxeoloqların qənaətinə görə, kitabxana eramızın II əsrində - müasir Türkiyə ərazisində yerləşən Efes kitabxanası ilə eyni vaxtda tikilib. Kölndəki Roma Muzeyinin əməkdaşı Dirk Şmit bildirib ki, hər iki kitabxananın binası ictimai mərkəz kimi də istifadə olunub. Belə ki, imperiyanın bu əyalətlərdəki hakimiyyət nümayəndələri burada mütaliə ilə yanaşı, məsləhətləşmələr də aparıblar.
Bu tapıntının qiymətli olduğunu nəzərə alan yerli hökumət avtomobil parkının yenidən qurulması zamanı onun qorunması üzrə layihə hazırlayıb. Belə ki, qazılmış ərazinin üzəri xüsusi şüşə ilə örtüləcək və buraya gələnlər yuxarıdan qədim kitabxananın qalıqlarını görə biləcəklər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
2024-04-25 15:19:00
“Yüksəliş”in ümumi biliklər imtahanının nəticələri açıqlanıb
2024-04-25 13:36:07
Tələbə nazir TƏYİN OLUNDU
2024-04-25 13:00:00
Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq
2024-04-25 12:12:50
Olimpiada finalçıları: Qazax-Tovuz bölgəsində bu qədərdir...
2024-04-25 11:40:00
DİM təhsil mütəxəssislərini əməkdaşlığa dəvət edir
2024-04-25 10:08:34
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
2024-04-25 09:08:29
Günün havası - Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
2024-04-25 08:34:39
Hansı hallarda uşaqlara peyvənd vurulmur?
2024-04-24 17:17:07
“Məktəblər repetitorlar üçün baza rolunu oynayır”
2024-04-24 13:17:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK