Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 13:12:00
Təhsil işçilərinin şiddət və zorakılığa üz tutması yolverilməzdir- Deputat

“Bu qədər aqressiv və qarşılıqlı ittiham səsləndirməyə ehtiyac yoxdur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

 

9 nömrəli məktəbin direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşməsi, daha sonra da sosial şəbəkələrdə yayılması songünlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

 

 Ceyhun Məmmədov hadisə ilə bağlı məsələyə münasibət bildirib:

 

 “Son günlər bu məsələ sosial şəbəkələrdə geniş müzakirə edilir. Biz mövzu ilə əlaqəli müxtəlif məlumatların yayıldığını müşahidə edirik. Hesab edirəm ki, müəllim və məktəb direktorları, həmçinin, şagirdlər bir-birinə qarşı qarşılıqlı hörməti gözləməlidir.

 

Münasibətlər sevgi, diqqət və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Bütün hallarda müəllimlərin şiddət və zorakılığa üz tutması yolverilməzdir”.

 

Deputat qeyd edir ki, insanlar baş verən hadisəyə sosial şəbəkə üzərində olduqca emosional şəkildə münasibət bildirirlər:

 

“Lakin son günlər bu tipli məlumatları daha çox müşahidə edirik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı  öz münasibətini bildirib. Hesab edirəm ki, bizim cəmiyyətimiz bu tip məsələlərə ifrat dərəcədə reaksiya verir və ictimailəşdirir. Düşünürəm ki, ümumiləşdirmənin aparılmasına ehtiyac yoxdu. Bu istiqamətdə davamlı olaraq təbliğatın aparılmasının əleyhinəyəm. Belə hallar baş verdikdə aidiyyatı qurumlar tədbir görürlər.

 

Lakin baş verən hadisənin davamlı olaraq gündəmdə saxlanılması və bu istiqamətdə faktların ictimailəşdirilməsi yanlışdır. Hesab edirirəm ki, bu düzgün deyil. Bu qədər aqressiv və qarşılıqlı ittiham səsləndirməyə ehtiyac yoxdur. Kankret fakt varsa, onu araşdırmaq  və aidiyyatı qurum qarşısında məsələ qaldırmaq lazımdır. Belə hadisələr yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir.Biz də bu tip hadisələrə hiss və emosiyalara qapılmadan reaksiya verməliyik.

 

Bu cür məsələlərə kəskin reaksiya və münasibət bizə müsbət təsir göstərməyəcək. Hansısa tərəfə ittihamların  və sərt ikirlərin səsləndirməsi, davamlı olaraq günahkarların axtarılması  münasibətlərimizə xələl gətirə bilər. Bunun həddindən artıq qızışdırılması və dramatikləşdirilməsinin əleyhinəyəm. Zor və şiddət göstərilməsi yol verilməzdir, lakin bunun aidiyyatı qurumlar tərəfindən araşdırılması daha düzgün olardı.

 

Reaksiya verilməlidir, amma bu o səviyyəyə gəlməməlidir ki, münasibətlər korlansın və qarşılıqlı ittiham müstəvisi formalaşsın. Biz buna mümkün dərəcdə imkan verməməliyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları