Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 09:17:00
İxtisas seçimi davam edir - Neçə nəfər ərizəsini təsdiqləyib?

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10.693, II ixtisas qrupu üzrə 7948, III ixtisas qrupu üzrə 9199, IV ixtisas qrupu üzrə 2760 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 859, III ixtisas qrupu üzrə 742, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2156 nəfərdir.

Bu dəqiqəyə əsasən, 5 ixtisas qrupu üzrə ümumilikdə 35.711 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları