Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 11:19:00
Fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlərin nəzərinə -TƏLƏSİN  

Yanvarın 10-dan respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər portal.edu.az platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses yanvarın 15-i saat 18:00-dək davam edəcək. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakına da icazə verilir. Həmin şagirdlərin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirildiyindən, onlar buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə biləcəklər.

 

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvarın 22-də keçiriləcək.

 

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.