Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 17:45:00
Məmur olmaq istəyən 53 nəfər müsahibə mərhələsində uğur qazanıb

İyulun 30-dan avqustun 3-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Əmlak Məsələləri Dövlət Komitəsində mövcud dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a-a bildiriblər ki, müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Mədəniyyət Nazirliyində aparatın rəhbəri və nazirin köməkçisi, Sumqayıt Apellyasiya Məhkəməsində aparatın rəhbəri vəzifələri olub.

Qeydiyyatdan keçmiş 63 namizəddən 53-ü vəzifəyə uyğun bilindiyi halda, 7-si lazımi keçid balını toplaya bilməyib, 3-ü isə müsahibədə iştirak etməyib.