Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 17:20:00
Kolleclərə qəbulun nəticələri açıqlandı - 1000-ə yaxın yer boş qaldı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

Dövlət (ödənişsiz)

4176

4000

113

4113

98,49

Dövlət (ödənişli)

4964

4481

89

4570

92,06

Özəl

755

720

9

729

96,56

Cəmi

9895

9201

211

9412

95,12

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2018-ci il avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.