Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 09:15:00
Fizika və rus dili fənləri üzrə abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib

Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili), biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

AzEdu.az xəbər verir  ki, yanvarın 5-də fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ 2021-ci ildə ali təhsil müəssisələrinə I və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub.

 

Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

 

Yanvarın 6-da biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasında isə gündəlik məsələ bakalaviriat səviyyəsində ali təhsil müəssisələrinə sınaq imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası yanvarın 12-13-də olacaq.