Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 17:38:00
Diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün imtahana qeydiyyat davam edir  

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında yanvarın 12-si saat 18:00-dək davam edəcək.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlər DİM-in saytındakı link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan yanvarın 23-də keçiriləcək.