Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 15:27:00
Şagirdi döyən direktorla bağlı RƏSMİ AÇIQLAMA -"Ətraflı məlumat veriləcək"  

 

Bu gün sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırdığı ilə bağlı görüntülər yayılıb.

 

Bakı Şəhər Təhsil İdarəsi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı müvafiq araşdırma aparılır:

 

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları