Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 15:15:00
Magistraturanın xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən bakalavrların nəzərinə  

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya və jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər.

 

AzEdu.az xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı “Ön söz”də bildirib. Qeyd edilib ki, ixtisaslaşma seçimi isə qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq. Qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticəsi müsabiqə şərtlərinə uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını DİM-in rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər.