Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 14:08:19
Azərbaycanda hansı peşələrə tələbat aşağıdır? – Ən az plan yeri ayrılan İXTİSASLAR

İxtisaslar üzrə plan yerləri həmin peşəyə olan tələbat əsasında müəyyənləşdirilir. Ötən illə müqayisədə 2018-ci il bəzi ixtisaslar üzrə plan yerləri bir qədər azaldılıb.

Bəs Azərbaycanda ən az plan yeri ayrılan və tələbatın aşağı olduğu ixtisaslar hansılardır?

AzEdu.az “Abituriyent 4” jurnalına istinadən Azərbaycanda yerləşən dövlət ali təhsil müəssisələrində  ən az plan yeri ayrılan ixtisasları təqdim edir:

Bakı Dövlət Universitetində İsrail, Koreya, Pakistan, Yaponiya üzrə Regionşünaslıq və Ərəb, fars,  türk dili və ədəbiyyatı ixtisaslarının hər birinə  10 yer ayrılıb.

Memarlıq və İnşaat Universitetində Şəhərsalma ixtisasına 12 plan yeri ayrılıb.

Azərbaycan Dillər Universitetində  Afrika, Almaniya, Balkan və Ərəb ölkələri ölkələri,Çin, Fransa, İsrail, Yaxın Şərq və Türkiyə üzrə Regionşünaslıq ixtisaslarına 10 plan yeri ayrılıb.

Milli Aviasiya Akademiyasında Hidrometerologiya, Ekologiya mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının hər birinə 12 yer ayrılıb.

Hava nəqliyyatında texnoloji proseslərin və istehsalın təhlükəsizliyi mühəndisliyi ixtisası istina olmaqla (24 yer)  MAA-nın yerdə qalan bütün  ixtisaslarına ayrılan plan yerlərinin sayı 15-dir.

Naxçıvan Dövlət Universitetində Fizika,Geologiya mühəndisiliyi, Elektroenergetika mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyat vasitələrinin mühəndisliyi,Geodeziya və xəritəçilik mühəndisliyi, Ərəb-Azərbaycan, Fars-Azərbaycan dilləri üzrə tərcüməçilik, Tarix, Kitabxanaçılıq və informasiya ixtisaslarının hər birinə 10 yer ayrılıb.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə İnstrumental ifaçılıq ( fleyta,klarnet,truba,saksafon,trombon,qoboy,valtorna,faqot) 5, İnstrumental ifaçılıq(skripka)  5, Solo oxuma  10, Drijorluq  5,Bəstəkarlq  5,Xalq çalğı alətləri ifaçılığı (nağara,tar,kamança,qarmon,balaban) 10, Aktyor sənəti və Rəngkarlıq  ixtisaslarının hər biri üzrə 10 plan yeri ayrılıb.

Lənkəran Dövlət Universitetində Aktyorluq ixtisası üzrə 10 plan yeri ayrılıb.

Bakı Musiqi Akademiyasında Solo oxuma və Drijorluq ixtisaslarına 12 yer, Bəstəkarlıq ixtisasına 3 yer ayrılıb.

Azərbaycan Milli Konservatoriyasında Drijorluq ixtisasına 3, Bəstəkarlıq ixtisasına 2 yer ayrılıb.

Bakı Xoreoqrafiya Akademiyasında Musiqi müəllimliyi ixtisasına 5, İnstrumental ifaçılıq ixtisasına 8, Xareoqrafiya sənəti (balet rejissoru) ixtisasına 6, Balatmeyster ixtisasına 10, Modern rəqslər ixtisasına  5, Xalq çalğı alətləri ifaçılığı(nağara,tar,kamança,qarmon,balaban)  ixtisasına 2, Rejisorluq  ixtisasına 3, Dizayn ixtisasına  10 yer ayrılıb.

Xatırladaq ki, bütün universitetlərdə qiyabi əsaslarla qəbul aparılan və tədrisin rus, ingilis dilində olduğu ixtisaslara daha az plan yeri ayrılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları