Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 13:10:00
Magistraturanın boş qalan yerlərinə 220 nəfər ixtisas seçimi edib

2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, saat 12.00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 214, rus bölməsi üzrə 6 bakalavr olmaqla, cəmi 220 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.

Qeyd edək ki, ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.