Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-04 15:51:00
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 25 namizəd uğur qazanıb

Yeddi dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə dekabrın 13-dən başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb. Bu gün saat 15:20-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 25 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin yanvarın 6-dək keçirilməsi planlaşdırılır.