Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-02 15:46:00
Tələbələr şifahi şəkildə keçiriləcək imtahana  hazırdırmı?-Problem  

 

Bildiyiniz kimi Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkili ilə bağlı əmr imzalayıb

 

Semestr imtahanlarından biri bəzi universitetlərdə  ənənəvi olmaqla şifahi şəkildə keçiriləcək.

 

Bəs ümumilikdə tələbələr sifahi imtahana  hazırdırmı?

 

AzEdu.az mövzu ilə bağlı müxtəlif universitetlərin tələbələri arasında keçirilən sorğunu təqdim edir:

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Kulturologiya” fakültəsinin tələbəsi Novruzova Rəhiməxanım:

“Biz dil imtahanını şifahi şəkildə verəcəyik. Şifahi şəkildə fikrimizi daha aydın  çatdırmaq mümkün olmayacaq , çünki bütün tələbələr xarici dili şifahi şəkildə danışacaq qədər mükəmməl bilmirlər ”.

 

Bakı Dövlət Universiteti  “Jurnalistika”  fakültəsi tələbəsi Sona Şıxamirli:

“Mənə elə gəlir ki, tələbələrin bir çoxu adaptasiya problemi yaşayır. Online təhsildən sonra ənənəvi, uzun müddət sonra yazılı imtahan, indi də 1 fənnin şifahi olması..Düşünürəm ki, əgər 4 imtahan yazılıdırsa, 1-də eyni cür ola bilərdi”

 

Bakı Dövlət Universiteti  “Geologiya”  fakültəsi tələbəsi Quliyeva Fidan:

“Məncə şifahi imtahan daha rahatdr.  Şifahi şəkildə fikri  daha rahat  ifadə etmək olur, nəinki yazılıda.”

 

Bakı Dövlət Universiteti  “Kitabxanaçılıq və informasiya”  fakültəsi tələbəsi Ağayeva Nazənin:

“Düşünürəm ki, Şifahi imtahan  gözlənilməz oldu . Heç bir tələbə buna tam hazır deyildi . On-line imtahanlardan sonra ənənəvi şəkildə şifahi imtahana tələbələr adaptasiya olmaqda çətinlik çəkəcəklər.”

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti "Kulturologiya" fakultəsi  tələbəsi Cəbiyeva Əzizə:

  “Dil imtahanını şifahi şəkildə verəcəyik .Lakin fikrimcə bu tələbələr üçün bir sıra çətinliklər yarada bilər. İlk növbədə hər kəs xarici dili müxtəlif səviyyədə bilir. Həmçinin  bəzən qaydaları demək üçün fikirləşmək lazım gəlir. Yazılı şəkildə olduqda isə  fikrimizi daha  aydın şəkildə  ifadə edə bilərik.”

 

Bakı Dövlət Universiteti  “Mexanika Riyaziyyat”  fakültəsi tələbəsi Quliyeva Aydan:

“4-cü kursların  son imthanlarıdır. Onlara güzəst edile bilərdi.Balonya sistemində oxuyuruq bu cür  imtahan keçirilməsi mənim fikrimcə düzgün deyil .”

 

Son olaraq qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

 

 

Gülcahan Məmmədova