Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 17:43:00
AMEA-da təyinatlar - Yeni elmi katiblər seçildi

Dekabrın 29-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 


AzEdu.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri diqqətə çatdırıb.

 

Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib, ilkin olaraq AMEA-nın vəzifə nomenklaturunun təsdiq edilməsi məsələsinə baxılıb.

 

Müzakirələrdən sonra AMEA-nın vəzifə nomenklaturu təsdiq edilib.


İclasda, həmçinin bir sıra kadr məsələlərinə də baxılıb. Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva AMEA-nın akademik Yusif   Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi və biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təsdiqləniblər.
 

AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Mərkəzi Nəbatat Bağının Elmi şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.
 

Tədbirdə AMEA-nın Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının AMEA-nın Biofizika İnstitutuna keçirilməsi məsələsi də müzakirəyə çıxarılıb.