Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 13:21:00
MDU-da Debat Proqramına həsr olunan məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Regional Debat Mərkəzinin (MRDM) təşkilatçılığı ilə Milli Debat Proqramına həsr olunan məlumatlandırıcı görüş keçirilib.

Universitetdən AzEdu.az-a bildiriblər ki, MDU-nun tələbə və magistrantlarının iştirak etdiyi görüşdə MRDM-in sədri Etiram Sadıqzadə çıxış edib. Debat fəaliyyətlərində qazanılan təcrübələrin, bilik və bacarıqların tələbələrin gələcək karyera inkişafındakı rolundan bəhs edən E.Sadıqzadə Milli Debat Proqramının fəaliyyəti, MRDM-də həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra müzakirələrlə davam edən görüşdə iştirakçılar tərəfindən təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlar əldə etməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.