Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 09:00:00
Avstraliyada təhsilin ÜSTÜNLÜKLƏRİ

Bugünki yazımızda Avstraliya təhsilinin özəlliklərindən, təhsil haqlarından danışacıq.

AzEdu.az Avstraliya haqqında yazını təqdim edir:

Avstraliyada təhsil ili fevralda başlayıb dekabra kimi davam edir. Bir çox kurs üçün son müraciət tarixləri oktyabr ayındadır. 

Avstraliyada 40 universitet və 350 kollec fəaliyyət göstərir. Bu ölkədə 400,000-dən çox xarici tələbə təhsil alır, diplomları isə bütün dünyada tanınırlar.

Avstraliya ali təhsil müəssisələri oxumaq istəyən tələbələrdən ingilis dili (TOEFL və ya İELTS) sertifikatı tələb edirlər.

Xarici tələbələrə kömək üçün Avstraliyada ingilis dili kursları təqdim edən kolleclər də var.

Orada təhsil üçün aylıq 7000-14000 Avstraliya dolları lazımdır. Bu xərclərə yemək, nəqliyyat, əyləncə üçün xərcləyəcəyiniz məbləğ də daxildir. Tibbi sığortaya təxminən ildə 275 dollar tələb olunur. Təhsil haqqı universitet və kursdan asılıdır:

Bakalavr pilləsi 3-4 il davam edir və təhsil haqqı ilə 14-21 min dollar arasında dəyişir.

Magistraturada tədris proqramı1-2 ildir. Təhsil haqqı isə 20-30 min dollardır. Təhsil haqqı Böyük Britaniya və ABŞ-dakından xeyli aşağıdır.

Burada tələbələrə həftədə 20 saat işləmə icazəsi verilir. Avstraliyada iki il yaşayan tələbə ilyarımlıq iş vizası, 5 il yaşayan isə yaşayış vizası ala bilər.

Bakalavr pilləsinə daxil olmaq üçün iki il ingilis dilində təhsilə ehtiyac var, əks halda bir il hazırlıq (foundation) kursu keçirlər.

Qeyd edək ki, burada oxumaq üçün İELTS 6.5 tələb olunur.