Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 18:00:00
Tarixin ən böyük yanğın fəlakəti kosmosdan görüntüləndi
ABŞ-da 1148 kvadrat kilometrdən çox meşə sahəsini kül edən yanğının kosmosdan çəkilən görüntüləri ortaya çıxıb. 
 
AzEdu.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatı keçən həftə şimal bölgəsində çıxan və hələ də nəzarət altına alına bilməyən alovlar səbəbindən tarixinin ən böyük yanğın fəlakəti ilə mübarizə aparır. Digər tərəfdən NASA da yanğının böyüklüyünü göstərmək üçün kosmosdan çəkilən görüntüləri dünyayla paylaşıb.
 
Hava temperaturunun irəliləyən günlərdə 43 dərəcəyə qədər artmasının gözlənildiyi əyalətdə 16 fərqli bölgədə yanğınların daha çox böyüməsindən narahatlıq duyulur.
 
Qeyd edək ki, Kaliforniyada yanğınla mübarizə işlərinə 14 mindən çox yanğınsöndürən qatılıb və ötən həftədən bu yana minlərlə insan evlərindən təxliyə edilib.