Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 17:00:00
Lənkəran Dövlət Universitetində təhsil almaq istəyən xarici vətəndaşların NƏZƏRİNƏ  

Lənkəran Dövlət Universiteti 2018-2019-cu tədris ili üçün xarici vətəndaşların universitetə qəbulunu elan edir.

AzEdu.az xəbər verir ki, ali təhsilin bakalavr və magistr pilləsində təhsil almaq istəyən əcnəbi vətəndaşlığı olan şəxslər (milliyyətindən asılı olmayaraq) universitetin saytında "Xarici tələbələr" bölməsində (http://lsu.edu.az/fS/) müvafiq ərizə formasını doldurmalı və qeyd olunan sənədləri [email protected] email ünvanına göndərməlidirlər.

Bakalavriat səviyyəsinə qəbul attestat və onu əvəz edən hər hansı bir məzuniyyət sənədi ilə, magistratura səviyyəsinə isə bakalavr diplomu ilə aparılır.
Qəbul imtahansız keçirilir.

Qeyd edək ki, əcnəbilər müvafiq hökumətlərarası razılaşmaya əsasən dövlət hesabına və ya ali təhsil müəssisəsi ilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alacaqlar.

Ünvan: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

Tel: (+994) 025 255 25 59
Faks: (+994) 025 255 27 86
E-mail: [email protected]

Sincerely, International Cooperation Office Lankaran State University 50- Hazi Aslanov Avenue, Lankaran, AZ4200, Azerbaijan Republic.

Telephone: (+994) 025 255 25 59

Fax: (+994) 025 255 27 86