Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 15:45:00
Küveytdə təhsil hansı özəlliklərinə görə fərqlənir? - Qaydalar və  üstünlüklər  

Cənub-Qərbi Asiya ölkəsi olan Küveytin dövlət dili ərəb dilidir. Ölkənin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Küveyt 1961- ci ildən etibarən  təhsil   sistemini inkişaf etdirir. Ölkədə təhsilin idarə olumasında Təhsil və Ali Təhsil Nazirliyi iştirak edir. Dövlət universitetləri dövlət büdcəsindən maliyyələşir  və ölkə vətəndaşları üçün ali təhsil pulsuzdur.

AzEdu.az dünya neft ehtiyatlarının təxminən 10%-nin cəmləşdiyi Küveytin təhsil sistemi ilə sizi tanış edir:

Küveytin təhsil müəssisələri statusuna görə dövlət, özəl və keyfiyyət yönümlü təhsil müəssisələrinə bölünür. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Burada məktəbəqədər tədris 4 yaşdan 6yaşa qədər davam edir. Sonra isə ibtidai təhsil başlayır. Küveytdə məktəbəqədər təhsil 1 il, ibtidai 5 il, əsas 4, orta təhsil isə 3 il davam edir. Ölkə vətəndaşlarının ibtidai və əsas təhsil alması icbari hesab olunur.

Küveyt vətəndaşlarının əksəriyyəti  öz uşaqlarını  dövlət məktəblərinə göndərmirlər. Dövlət məktəblərində qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər. Özəl məktəblərdə bu qayda yoxdur. Məktəblərdə şagirdlər ikinci sinifdən ingilis dilini öyrənməyə başlayırlar.

Küveytdə ali təhsil pulsuzdur. Ölkədə  4 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən  nüfuzlu ali təhsil ocağı  Küveyt Universitetidir.  Burada yüksək səviyyəli texniki kadrlar hazırlanır, həmçinin iqtisadi səmərəliliyi artırmağa xidmət edən layihələr reallaşdırılır. Küveyt Universitetində ingilis və ərəb dilində təhsil mövcuddur . Bildirək ki, ölkənin savadlılıq səviyyəsi 93%-dir.

Günel YAŞARQIZI