Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 15:30:00
Avqustun 11-də Günəş tutulacaq

Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.