Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 14:51:43
ADA Universitetində pulsuz oxumağın şərtləri AÇIQLANDI

ADA Universiteti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən  ingilis dilli dövlət ali təhsil müəssisəsidir.

Bu il qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərə ADA-da 100% güzəştin tətbiq olunması xeyli maraqla qarşılanıb. Ancaq bu güzəştin davam etməsi üçün tələbənin qarşısına müəyyən tələblər qoyulub.

AzEdu.az "Abituriyent 4" jurnalına istinadən xəbər verir ki, 700 bal toplayan abituriyentin 100% güzəştlə təhsili davam etdirə bilməsi üçün hər semestr üzrə ortalama balı minumum 3.0 olmalıdır. Bundan əlavə, ADA-da 650-dən yuxarı bal toplayan abituriyentin bir il müddətində təhsil haqqına 100% güzəşt nəzərdə tutulub. 600-dən yuxarı nəticə göstərən abituriyentlərə isə 50 % güzəşt şamil olunacaq. Bu güzəştlər Hüquqşünaslıq və Biznesin idarə edilməsi ixtisaslarına aid deyil.

Təhsil haqqından azad olunan tələbələr arasında:  (illik tələbə xərclərinin ödənilməsi tələb olunur)

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların 23 yaşınadək olan uşaqları,

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən, şəhid ailəsindən olan 23 yaşınadək olan şəxslər, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli sərəncamına əsasən, “məcburi köçkün” statusu olan Azərbaycan Respublikası vətəndaşları, ( “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqədə cari ilin möhürü də olmalıdır),

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən, 18 yaşınadək hər iki valideynini itirimiş və ya himayəsindən məhrum olan, bir valideyni vəfat etmiş o biri valideyni I və ya II qrup əlil olan və qanunla nəzərdə tutulmuş hallarda valideyn himayəsindən məhrum hesab edilən 23 yaşınadək olan şəxslər də var.

Qeyd edək ki, ADA Universitetində I  qrup üzrə Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri, II qrup üzrə Biznesin idarə edilməsi, İqtisadiyyat, Beynalxalq münasibətlər, III qrup üzrə Hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər ixtisaslarına qəbul aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları