Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 14:00:00
Azərbaycanda ən çox plan yeri ayrılan ixtisaslar - İLK 5-LİK

Ali məktəblərə ixtisas seçimi davam etsə də abituriyentlər arasında bir neçə ixtisasa plan yerlərinin azaldılmasıyla bağlı narazılıqlar yaşanıb. Belə ki, Tibb Universitetinin Müalicə işi ixtisasına bu il 460 yer ayrıldığı halda, 2017-ci ildə bu ixtisas üzrə 585 yer ayrılmışdı. Bu il 125 yer azalıb.

Bəs bu il bütün ali təhsil müəssisələri üzrə  hansı ixtisaslara daha çox plan yeri ayrılıb?

AzEdu.az "Abituriyent 4" jurnalına istinadən respublika üzrə ən çox plan yeri ayrılan ixtisasları diqqətə çatdırır:

Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi(ingilis dili üzrə) ixtisasına 600, Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisasına 460, Bədən tərbiyəsi və İdman Akademiyasında  Bədən tərbiyəsi və idman ixtisasına 350, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisasına 300, Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai sinif müəllimliyi ixtisasına 275 plan yeri ayrılıb.

Xatırladaq ki, qeyd olunan ali məktəblər üzrə Xarici dil müəllimliyi(ingilis dili üzrə) ixtisasına illik ödəniş 2500, Müalicə işi ixtisasına 4500, Bədən tərbiyəsi və idman ixtisasına 2200, Maliyyə ixtisasına 2600, İbtidai sinif müəllimliyi ixtisasına 1500 Azn müəyyən edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları