Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-18 16:39:00
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb  

Hazırda Türkiyənin ali təhsil müəssisələrində 25 mindən çox azərbaycanlı tələbə təhsil alır.

 Bunu Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Nihat Büyükbaş "Kosmosda gələcək, gələcəkdə kosmos" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı isə 3 mini ötüb.

"Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinin tarixi böyükdür. Bu əlaqələr hələ Osmanlı dövründə başlayıb və ötən əsrin 90-cı illərindən etibarən sürətlə inkişaf edir" - deyə, o bildirib. (trend)