Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-18 14:38:00
Müəllimlərin əksəriyyəti minimum dərs yükünə sahib deyil    

Təhsil nazirinin müavini İdris İsayevin verdiyi məlumata görə, hazırda orta təhsil sistemində müəllimlərin 82%-i ali təhsillidir və onların orta aylıq vəzifə maaşları 264 manat təşkil edir.


AzEdu.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ayev bildirib ki, nazir müavinin açıqladığı fakt orta məktəblərdə dərs yükü ilə bağlı vəziyyətin katastrofik dərəcədə pis olduğunu göstərir.


“Çünki hazırda qüvvədə olan əmək haqqı sxeminə görə, ən aşağı staja (3 ilədək) malik ali təhsilli müəllimlərin aylıq vəzifə maaşı 460 manat təşkil edir. Nəzəri olaraq heç bir müəllim 18 saatlıq minimum stavkadan aşağı dərs yükünüə malik olmasaydı, orta məktəb müəllmlərinin minimum maaşı 460 manatdan aşağı olmayacaqdı, orta maaşlar isə 500 manatın üzərində olacaqdı”.

R.Ağayev deyib ki, indiki halda 82% ali təhsilli müəllimlərin orta aylıq vəzəifə maaşının 262 manat təşkil etməsi o deməkdir ki, az qala onların yarısı minimum dərs yükünə sahib deyillər - 250-300 manata adekvat dərs saatına malikdirlər.

“Məncə bu vəziyyət müəllimlərin maddi təminatları baxımından çox fəlakətli durumun qara rəngli tablosudur...”, - ekspert deyib.