Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 11:59:00
Paylaşımı ilə müzakirələrə səbəb olan şəxs danışdı - “Mən həmin müəllim deyiləm...”

 

Ötən gün sosial şəbəkədə  ehtiyacını ödəmək üçün icazə istəyən şagirdə qarşı müəllimin hərəkəti ilə bağlı paylaşım ciddi müzakirələrə səbəb olmuşdu.

 

Hadisədə adı qeyd olunan müəllim AzEdu.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

 

Ramin Vəliyev zərərçəkən şagirdin dayısı olduğunu qeyd edərək, hadisənin Bakı məktəblərinin birində yaşandığını bildirib:

 

“Mən hadisəni sadəcə nəql etmişəm. Ancaq insanlar birbaşa iştirakçının, həmin müəllimin  mən olduğumu başa düşüb. Bu belə deyil,həmin  zərər çəkən şagird mənim bacım oğludur, hadisə də Bakı məktəbində baş verib. Mən sadəcə qınaq obyekti olaraq bir müəllimin dilindən bunu nəql etdim,  yazını paylaşdım ki, müəyyən şəxslər bundan nəticə çıxarsın”.

 

O,- “Ancaq baş verən bu hadisənin Kürdəmirlə əlaqəsi yoxdur, heç mən də ibtidai sinif müəllimi deyiləm”-deyə qeyd edib.

 

Zərərçəkən şagirdin dayısı son olaraq valideynin həmin müəllim haqqında Təhsil Nazirliyinə şikayət etdiyini bildirib.