Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 09:00:00
Kolleclərə ixtisas seçimi başa çatıb

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,  Azərbaycan bölməsi üzrə 12 min 36, rus bölməsi üzrə 230 abituriyent olmaqla, cəmi 12 min 266 abituriyent ixtisas seçimi edib.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23.59-da başa çatır. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.