Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 13:12:00
Sivas Cümhuriyyət Universitetində təhsil alan şəhid və qazi ailələrinin üzvləri olan tələbələrlə görüş keçirilib  

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin Azərbaycan Respublikasından olan şəhid və qazi ailələrinin üzvlərinin ali təhsil alması üçün həyata keçirdiyi layihə uğurla davam edir.

AzEdu.az xəbər verir ki, Türkiyənin Sivas Cümhuriyyət Universitetində təhsil alan azərbaycanlı gənclərlə keçirilən görüşdə onların doğmalarının keçdiyi şərəfli həyat yolundan danışılıb. Əminliklə bildirilib ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları hər zaman olduğu kimi, bundan sonra da qəhrəman övladlarının ailə üzvlərinə diqqət və qayğı göstərəcək, bu ailələri təmsil edən gənclərin yüksək ali təhsil alıb cəmiyyətimizdə layiqli yer tutmaları üçün bütün mümkün səylər göstəriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalovun da iştirak etdiyi görüşdə azərbaycanlı tələbələrə qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hədiyyələr verilib.

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən tələbələrimiz əminliklə bildiriblər ki, elmin dərinliklərini mənimsəmək, yüksək davranış sahib olmaq və Azərbaycanla həmrəylik onların həyat amalıdır.

Qeyd edək ki, Sivas Cümhuriyyət Universiteti Azərbaycan Respublikasının şəhid və qazi ailələrindən ibarət 19 azərbaycanlı tələbəyə ödənişsiz ali təhsil verir. Universitet bu tələbələrin yataqxana və digər zəruri ehtiyaclarını tam şəkildə qarşılayır.