Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 11:06:00
Əyani smestr imtahanlarında sualların sayı azaldılsın-Tələbələrin TƏLƏBİ

Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkili ilə bağlı əmr imzalayıb.


Bəs ümumilikdə tələbələr ənənəvi imtahana  hazırdırmı?

 

AzEdu.az mövzu ilə bağlı müxtəlif universitetlərin tələbələri arasında keçirilən sorğunu təqdim edir:

 

Azərbaycan Turizm və Menecment Universiteti, sosial menecment fakültəsi tələbəsi - Hacızdə Rəvanə

“Qış imtahan sessiyasında imtahanların şifahi, yaxud test şəklində keçirilməsini daha məqsədəuyğun hesab etmək olardı. Çünki  artıq 3-4 semestrdir ki, imtahanlar şifahi formada təşkil olunur və tələbələr də bu şəkildə imtahan verməyə öyrəşiblər. Yazılı imtahanda sualların sayının çoxluğu, saatlarla bir neçə qrupun bir yerdə imtahan zalında əyləşib imtahan verməsi və s. həm pandemiya şəraitinə uyğun deyil, həm də tələbələrdə stressə səbəb olacaq”.

 

 

Bakı Dövlət Universiteti  “Jurnalistika”  fakültəsi tələbəsi  Şıxamirli Sona

“Düzü mənə çətin gəlmir. Yəni, tez adaptasiya olacağımı düşünürəm. Hətta yazılı, yəni ənənəvi olması mənim ürəyimcədi. Amma təbii ki, hər ikisinin də öz çətinlikləri var” .

 

Azərbaycan mədəniyyət və incəsənət universiteti “Kulturologiya” fakültəsinin tələbəsi Novruzova Rəhiməxanım

“Smestr imtahanlarında ən çox istədiyim güzəştlərdən biri imtahan verdiyimiz dil fənlərinin yazılı olmasıdır.Şifahi şəkildə fikrimizi daha aydın çatdıra bilmədiyimiz üçün bu yol daha məqsədə uyğun olardı”.

 

 

 

Bakı Slavyan Universiteti “Beynəlxalq münasibətlər və regionşunastlıq” fakültəsinin tələbəsi Novruzova Ləman

“Bu ilki imtahan sessiyası ilə bağlı ən çox istədiyim güzəşt imtahan suallarının nisbətən azaldılmasıdır.Mövcud şəraiti nəzərə alsaq, xəstələndiyimiz vaxtlar dərslərdə iştirak edə bilmədiyimiz üçün mövzulardan geri qalırdıq.Eyni mövzudan 4-5 sual yerinə 1-2 sual salınması tələbələrin xeyrinə olardı”.

 

Adra “Dizayn” fakültəsinin tələbəsi Əlizadə Günay

 

“Ənənəvi imtahan olmasa daha yaxşıdı. Artıq onlayn sistemə öyrəşmişik, həm tez həm də asan olur. Məncə bu müəllimlər üçün də əlverişlidir”.

 

 

Bakı Mühəndislik universitetinin tələbəsi Gülnur Hacıyev

 

“İmtahana adaptasiya olmaq yəqin ki, çətin olacaq.  Onlayn imtahanda hərşey çox rahat idi. Tələbələrə çoxlu güzəştlər edirdilər.   Həmçinin imtahan sualları o qədər də  çətin deyildi.  2 il evdən onlayn şəkildə imtahan verib, sonra ənənəviyə qayıtmaq  əlbətdəki çətin olacaq. İstəyərdim ki, sualları asand etsinlər”.

 

 

Son olaraq qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

 

 

Gülcahan Məmmədova