Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 12:43:00
Bu dərsliklərin tətbiqi zamanı ortaya çıxan çətinliklər araşdırılır  

Təhsil İnstitutu tərəfindən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə dekabrın 1-dən monitorinq keçirilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, monitorinqin keçirilməsində məqsəd 3 və 4-cü siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili), riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin tətbiqi zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərin müəllimlərinin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərinin öyrənilməsi, şagirdlərin dərslikdəki mövzuları nə dərəcədə mənimsədiklərini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq.

 

Qeyd edək ki, monitorinq dekabrın 20-dək Bakı, Abşeron, Sumqayıt, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Xaçmaz (Xudat), Quba, Qusar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Goranboy, Gəncə və Göygölün seçilmiş məktəblərində aparılacaq.