Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-12 11:56:00
MDU-da Ulu Öndərin anım gününə həsr olunan dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dühası və müstəqil Azərbaycan dövləti” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli müasir və müstəqil dövlətimizin memarı Heydər Əliyevin zəngin həyat yolu, titanik siyasi fəaliyyəti və təhsilə verdiyi yüksək dəyərdən danışıb, dəyirmi masanın əhəmiyyətini vurğulayıb.

 

Sonra, fakültənin tələbələrindən Xanımtər Vəliyeva, Əlirza Abdullayev, Fidan Balaşova, Rəcəb Tanrıverdiyev, Fidan Rəhimli, Gültəkin Musazadə, Zəminə Məmmədova, Ləman Əliyeva, Gülnar Mustafayeva və Fidan Babayeva çıxış ediblər.

 

Çıxışlarda Ümummilli Liderin çoxşaxəli dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yer tutduğu diqqətə çatdırılıb, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı, mütərəqqi düşüncəli və yüksək intellektli gənc nəslin yetişdirilməsində dahi şəxsiyyətin misilsiz töhfələrindən bəhs edilib. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun məntiqi nəticəsidir ki, bu gün gənclərimiz öz üzərilərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir, fəaliyyət göstərdikləri sahədə ölkəmizi uğurla təmsil edir və yüksək vətənpərvərlik nümayiş etdirirlər. Hər kəsi qürurlandıran tarixi Zəfərin qazanılmasında gənc əsgər və zabitlərimizin göstərdikləri şücaət, fədakarlıq və qəhrəmanlıq nümunələri bunun ən bariz təsdiqi hesab edilir.

 

Sonda Heydər Əliyevin zəngin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.