Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-12 11:27:00
ADNSU-da ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək Azərbaycanın ən yeni tarixinin bütöv bir hissəsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ulu öndərin xatirəsinin Azərbaycan xalqının qəlbində hər zaman qürurla anılacağını deyən rektor M.Babanlı Ümummilli liderin Azərbaycan dövləti və dövlətçiliyi tarixindəki əvəzsiz və undulmaz xidmətlərindən bəhs edib.

 

ADNSU-nun “Humanitar fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi haqda danışaraq respublikanın bu günkü inkişafının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu qeyd edib.

 

Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümyiş olunub.