Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 12:50:00
İnsan Resursları vakansiya seçimindəki səhvi etiraf etdi – RƏSMİ  

İnsan Resursları Mərkəzi texniki səhvi  aqustun 3-də aşkarlayıb və  namizədlərin hər biri səhv barədə məlumatlandırılıblar”

Bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda texniki səhvin aradan qaldırıldığı qeyd olunub:

“Yerli təhsil idarəetmə orqanı tərəfindən səhvən Ağdam rayon 35 nömrəli tam orta məktəb həvəsləndirmə tədbiri tətbiq olunan təhsil müəssisəsi kimi qeyd olunduğundan test mərhələsində 36-47 bal aralığında nəticə göstərən namizədlərin sözügedən təhsil müəssisəsindəki vakant yerləri seçməsi texniki baxımdan mümkün olub. İnsan Resursları Mərkəzi texniki səhvi  aqustun 3-də aşkarlayıb və  namizədlərin hər biri səhv barədə məlumatlandırılıblar. Sistemdə cari dəyişiklik edilib, avqust ayının 3-dən sonra yalnız 48 baldan yüksək nəticə göstərən namizədlərin həmin məktəbdə qeyd olunan vakant yerləri seçməsi təmin edilib”.

Qeyd edək ki, Ağdam rayonu 35 nömrəli tam orta məktəb üzrə vakansiya seçimində keçid balını toplamayan namizədlər texniki səhv səbəbiylə həmin məktəb üzrə vakant yer seçimi edə biliblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları