Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-08 17:53:00
 “Bu qədər müəllim ordusunu yetişdirib bazara buraxmaq çox absurddur” -ETİRAZ

 

 

“Ali təhsil sisteminə müəyyən dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq. Bu sahədə bəzi boşluqlar özünü göstərir.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

O, hansı təhsil sahəsinin son illər inkişafdan geri qaldığını açıqlayıb:

 

 

“Ali təhsil sisteminə müəyyən dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq. Bu sahədə bəzi boşluqlar özünü göstərir. Müəyyən universitetlər inkişaf üçün addımlar atır və irəliyə getməyi bacarıır. Lakin ali təhsillə bağlı tənzimləmələr vacibdir. Bununla da həmin sahəyə həm maraq artacaq, həm də tələblərə uyğun ixtisaslar yaranacaq və ali təhsil üzrə sahələr formalaşdırılarkən onun tələb prinsipi də əsas götürüləcək.

 

 

Bu gün Azərbaycanda 60 min diplomlu, amma işsiz olan müəllim var. Bu heç kimə lazım deyil. Müəllimlər niyə işsiz qalmalıdır? Bazarın tələblərinə uyğun ali təhsil sistemi yaradılmalıdır. Hər il minlərlə müəllim işə qəbul olunur.

 

 

Bu gün universitetlərdə bir çox lazımsız ixtisaslar var, onların heç birinə ehtiyac yoxdur.

 

 

Məktəbəqədər təhsil müəssisələri belə uşaqların tələbatının 15-20 %-ni  qarşılaya bilmir, bu istiqamətdə kadr yaratmağın nə manası var. Təhsil sistemi onu nəzərə almalıdır ki, hazırda hansı ixtisaslar vacibdirsə, onlara uyğun kadrlar formalaşdırılsın.  Biz işsizlər ordusumu yetişdiririk?”.

 

Sona Əliyeva peşə təhsilinə olan marağın səbəbini açıqlayıb:

 

 

“Peşə təhsilinə son illər xüsusi diqqət ayrılır. Bu onunla əlaqədardır ki,  əhalinin məşğulluğu artsın. Peşə bilikləri çox vacibdir, çünki hamı ali təhsil ala bilmir, yaxud da o intellektə sahib olmur və ya buna imkanı çatmır. Nəzərə alaq ki, Azərbaycanda ali təhsil almaq üçün dövlət sifarişli yerlərə biliyi çatmayan şəxslər üçün təhsil bahadır. Bu baxımdan da peşə sektoruna daha çox üstünlük verilir. Çünki orta təhsilini bitirən insanların işlə təmin olunması daha çətindir.

 

 

Peşə təhsilinə təlabatın artmasına səbəb bazarda yeni və innovativ trendlərin meydana gəlməsidir. Buna misal olaraq, yüngül sənaye, gözəllik sektoru, avtomobil təmiri aiddir. Bazarın tələbləri dəyişir və buna uyğun olaraq yeni peşə sahələri meydana çıxır. Məsələn, əvvəllər restoranlar çox deyildi, indi isə onların sayında artım müşahidə olunur. Bu, da öz növbəsində aşpaz ixtisasına maraq yaradır. Bazarın tələblərinə uyğun peşələr yaranır və formalaşır. Uzun illər öncə gözəllik sektorunda dırnaq ustlarına tələb yox idi. indi isə bu sahəyə maraq olduqca çoxalıb”.

 

 

Pedaqoq ali təhsil sahəsində olan boşluğun aradan qaldırılması üçün nə ki tədbirlərin görülməli olduğunu deyib:

 

 

“Problemin həlli üçün araşdırma mərkəzləri yaradılmalıdır, Təhsil Nazirliyi sorğu etməli, eləcə də digər qurumlar da həmin istiqamətdə monitorinqlər aparmalıdır, vətəndaş cəmiyyələri də tədbir görülməlidir. Araşdırmalar dövlət və Təhsil Nazirliyinə təqdim edilməlidir ki, lazım olan kadrlar işlə təmin edilsin.

 

Hər 5 ildən bir tələblər dəyişir, buna uyğun yeni  ixtisaslar yaranır. Beyin mərkəzləri yaradılmalı və onlar da dövlətə təkliflər verməlidir. Bu qədər müəllim ordusunu yetişdirərək bazara buraxmaq çox absurtdur.

 

 

Bir dəfə gözəllik salonunda  saç düzəldən xanım mənə ali təhsilli psixoloq olduğunu dedi. Digəri isə mənə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələndiyini söylədi və maaş aşağı olduğu üçün dırnaq ustası kimi çalışdığını dilə gətirdi. Gözəllik salonunda işləyənlərin 70 %-i  ali təhsillidir. Bu, həqiqətən də biyabrçılıqdı. Onların əksəriyyəti pedoqoji sahəni bitirənlərdir. Bu çox faciəvi haldır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları