Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-08 17:02:00
Fəridə Məmmədova Salyanda dəfn edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Salyan rayonunda dəfn edilib.

 Dəfn mərasimində F.Məmmədovanın yaxınları, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Salyan şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib.